Sərnişin dolu avtobusda qorxulu ANLAR YAŞANDI - VİDEO
18-08-2023, 11:09

Argentinanın paytaxtı Buenos-Ayresdə magistral yolda hərəkət edən sərnişin avtobusunda qəfil alovlar başlayıb.

AZİNFORM.AZ xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Argentinanın paytaxtı Buenos-Ayresdə baş verib. 

Sürücü avtobusu yolun kənarına çəkdikdən sonra alov artmağa başlayıb. Alov qısa müddət ərzində sərnişinlər də daxil olmaqla bütün avtobusu bürüyüb. Sərnişinlər çarəsiz halda özlərini avtobusdan ataraq alovdan qaçıblar.  Yanğından keçən digər maşınlar da yanıb.

Az sonra hadisə yerinə yanğınsöndürənlər gəlib. Magistral yol nəqliyyatın hərəkətinə bağlanıb, yanğın nəzarət altına alınıb. Yanan avtobus külə dönüb.

İlkin araşdırmalara görə, yanğın elektrik kontağından başlayıb. Xoşbəxtlikdən yanğın zamanı xəsarət alan olmayıb.


AZİNFORM.AZ



up