Təyyarə magistral yola düşdü - 10 nəfər öldü
17-08-2023, 21:01

Malayziyanın paytaxtı Kuala Lumpurda 6-sı sərnişin olmaqla 8 nəfərin olduğu “Beehcraft 390 Premier 1” tipli şəxsi təyyarə Sultan Əbdül Əziz Şah hava limanına enərkən magistral yolda qəzaya uğrayıb.

AZİNFORM.AZ xarici KİV-ə istinadən xəbər verir ki, sürətlə düşən reaktiv təyyarə şossedə motosikletlə avtomobilə dəydikdən sonra alovlanıb.

Təyyarədə olan 8 nəfər, motosiklet sürücüsü və nəqliyyat vasitəsinin sürücüsü olmaqla 10 nəfər həlak olub.

Qəza ilə bağlı araşdırmalara başlanılıb.  /sfera.az/





up