Polis silahlı qadını maşınla vuraraq zərərsizləşdirdi - ANBAAN VİDEO
16-08-2023, 21:59

ABŞ-ın Nyu York şəhərində silahla havaya atəş açan və ətrafdakıları təhdid edən qadını polis maşınla vuraraq zərərsizləşdirib.
AZİNFORM.AZ bildirir ki, silahı ətrafına tuşlayan və daha sonra başına taxan qadın zərbənin təsirindən yerə yıxıldıqdan sonra polis tərəfindən nəzarətə götürülüb. Hadisə zamanı 33 yaşlı qaradərili qadının yüngül xəsarət aldığı bildirilib.

Nassau polis rəisi Patrik Rayder verdiyi açıqlamada polis məmurunun hərəkətinin normal protokolun bir hissəsi olduğunu, şübhəli şəxs bir çox ittihamlarla, o cümlədən ictimaiyyətə təhlükə törətmək, üç dəfə üçüncü dərəcəli hədə-qorxu gəlmək, silah saxlamaqda ittiham olunur. Bu gün günortadan sonra məhkəmə qarşısına çıxarılacağı gözlənilir. Bildirilib ki, şübhəli şəxs ötən ilin iyun ayından indiyədək iki dəfə oğurluq və ərazini pozduğu üçün həbs edilib.



up