Avqustun 14-də yerli vaxtla saat 00:08-də Qubada rayonunda zəlzələ qeydə alınıb.
AZİNFORM.AZ-ın məlumatına görə, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Bildirilib ki, maqnitudası 3,1 olan zəlzələnin ocağı 46 kilometr dərinlikdə yerləşib. Yeraltı təkanlar hiss olunmayıb.