Bakıda "Prius" yol kənarındakı dəmir arakəsmələrə çırpılaraq alovlandı - VİDEO
12-08-2023, 21:58

Bakının Biləcəri qəsəbəsində "Toyota prius" markalı avtomobil dəmir arakəsmələrə çırpılıb.

AZİNFORM.AZ-ın xəbərinə görə, hadisə bu gün gecə saatlarında baş verib.

Zərbədən sonra avtomobil alovlanıb. Sürücü isə ərazini tərk edib.

Şahidlər bildiriblər ki, əvvəlcə həmin avtomobil metronun "20 yanvar" stansiyasının yaxınlığında başqa bir "Prius"a çırpılıb və hadisə yerindən yayınıb.


/pravda.az/



up