Yol polisindən bu sürücülərə CİDDİ XƏBƏRDARLIQ
12-08-2023, 21:20

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi konstruktiv bütövlüyü pozulmaqla avtomobil idarə edən şəxslərə xəbərdarlıq edib.

İdarədən verilən məlumata görə, xəbərdarlıqda deyilir:

Aparılan müşahidələr göstərir ki, son vaxtlar istər paytaxtda, istərsə də respublikanın digər regionlarında konstruktiv bütövlüyü pozulmaqla, o cümlədən istehsalçı tərəfindən konstruksiyasında nəzərdə tutulmuş ön və arxa mühafizə qurğuları (bamper) yerində olmayan nəqliyyat vasitələrinin istismarına yol verilir ki, bu da inzibati xəta tərkibi yaratmaqla yanaşı, həm də yol-nəqliyyat hadisələri zamanı qəzanın ağarlıq dərəcəsinin əhəmiyyətli dərəcədə artmasına zəmin yaradır.





up