DİGƏR XƏBƏRLƏR
Bakıda 2019-cu il təvəllüdlü A.R adlı uşaq baxçanı özbaşına tərk edərək küçəyə çıxıb.
Bu barədə 4 yaşlı uşağın yaxınları məlumat verib.
Bundan 15 dəqiqə sonra azyaşlının anası uşağı bağçadan götürməyə gedərkən onu Badamdar qəsəbəsi, 3-cü massivdə yerləşən marketin yanında ağlayan və nəzarətsiz halda maşın yolunda qaçarkən təsadüfən aşkarlayıb.
İddiaya əsasən, bütün bu müddət ərzində bağça rəhbərliyi və nəzarətçilərin bundan xəbəri olmayıb.
Azyaşlının qeyd olunan saatlarında küçədə nəzarətsiz halda gəzməsini əks etdirən görüntülər ətrafdakı təhlükəsizlik kamerasına düşüb.