DİGƏR XƏBƏRLƏR
Şəmkir rayonunun Zəyəm qəsəbəsinin sakini 26 yaşlı gənc İsgəndərov Aqşin itkin düşüb.
Bu barədə onun anası İsgəndərova Humay AZİNFORM.AZ-a məlumat verib.
Onun sözlərinə görə, oğlu İsgəndərov Aqşin Natiq oğlu avqustun 6-sı gecə saat 02:00 radələrində evdən çıxıb və bir daha geri qayıtmayıb.
"Onun getdiyindən evdə heç kimin xəbəri olmayıb. Oğlumun əynində həmin gün ağ köynək, qara cins şalvar və qara ayaqqabı olub. Qarayanız, saqqallı oğlandır"- deyə ana bildirib.
Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan 0509787932 nömrəsi ilə əlaqə saxlamaları xahiş olunur. /news24.az/