DİGƏR XƏBƏRLƏR
Türkiyənin Bursa əyalətinin İnegölü rayonundakı Mütəşəkkil Sənaye Zonasında fəaliyyət göstərən meşə məhsulları fabrikinin qazanxanasında fabrikdə partlayış olub.
AZİNFORM.AZ xəbər verir ki, küləyin təsiri ilə ətrafa yayılan yanğın meşə məhsulları fabriklərini də bürüyüb.
Bildirilib ki, partlayışdan sonra fabrikdə yanğın başlayıb.
Hazırda təxminən 10 fabrik yanır. İnegöl və ətraf rayonlardan çoxlu sayda yanğınsöndürən hadisə yerinə göndərilib. Bölgədə zaman-zaman partlayışlar meydana gəlir.
Ehtiyat tədbiri olaraq yaxınlıqdakı fabriklər boşaldılıb.
Hadisə yerinə çoxlu sayda yanğınsöndürmə briqadası və texnika cəlb olunub.