Bakıda müğənni və jurnalist AĞIR QƏZAYA DÜŞDÜ - FOTOLAR
30-07-2023, 17:08

AZİNFORM.AZ "Bizim media"ya istinadla xəbər verir ki, jurnalist Elvin Elxan və müğənni Nuran Məmmədov ağır qəza keçiriblər.

Onlar axşam saat 22:00 radələrində Axundov kitabxanasının yanında piyada keçidindən keçərkən sürətlə şütüyən “Mercedes” markalı avtomobil tərəfindən vurulublar.

Müxtəlif ağır bədən xəsarətləri alan Elvin və Nuran təcili şəkildə özəl klinikaların birinə yerləşdiriliblər.

Hazırda E.Elxan və N.Məmmədov həkim nəzarətindədirlər. 





up