Korrupsiyaya qarşı Mübarizə İdarəsi BNA-da ƏMƏLİYYAT KEÇİRİR
25-07-2023, 21:15

Baş Prokuror Yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi Bakı Nəqliyyat Agentliyində əməliyyat keçirir.

AZİNFORM.AZ qafqazinfo-ya istinadən xəbər verir ki, əməliyyat-axtarış tədbirləri hazırda davam edir.

Məlumatı Baş Prokurorluğun Mətbuat xidmətindən saytımıza təsdiq ediblər.

Qeyd olunub ki, əməliyyatın detalları barədə əlavə məlumat veriləcək.





up