DİGƏR XƏBƏRLƏR
Hündür dağlardan gələn torpaq və daşlar İsmayıllı-Lahıc avtomobil yoluna tökülüb.
AZİNFORM.AZ xəbər verir ki, böyük ölçülü daş yolu bağlamasa da, nəqliyyat vasitələrinin hərəkətinə mane olur.
Məsələ ilə bağlı İsmayıllı rayon İcra Hakimiyyətindən bildirilib ki, dağ uçqunu zamanı yaranan fəsadların aradan qaldırılması üçün işlər görüləcək.
"Həmin daşın ağırlığı 80 tondur. Həmin daşı parçalyaraq ərazidən götürülməsi üçün Bakıdan bura ağır texnikanın cəlb edilməsi nəzərdə tutulub. Hava şəraitilə bağlı daşın oradan götürülməsi yubanır. Yolda gediş-gəliş var. Avtomobil yolu hazırda işlək vəziyyətdədir", -deyə yerli icra hakimiyyətindən bildirilib.