Bakıda DƏHŞƏT: Marşrut avtobusu partladı – VİDEO
21-07-2023, 14:08

Bakıda dəhşətli hadisə baş verib.

Azinform.az xəbər verir ki, 46 nömrəli marşrut avtobusunda partlayış baş verib.

Hadisə  şahidləri bildiriblər ki, hadisə Köhnə Günəşli qəsəbəsində, sözügedən marşrutun sonuncu dayanacağında olub. Partlayış o qədər güclü olub ki, qəsəbənin uzaq ərazilərində də eşidilib.

Partlayışdan sonra avtobus tamam yanıb.

Xoşbəxtlikdən partlayış zamanı avtobusda sərnişinlər olmayıb.  







up