Azərbaycanda övladı ölən ata HƏKİMİ DÖYDÜ
23-05-2022, 13:35

Azərbaycanda 9 yaşlı uşaq faciəvi şəkildə ölüb.

Hadisə Lənkəran rayonu, Beleton kəndində qeydə alınıb. Kənd sakini 9 yaşlı Nemət Quluzadə yaşadığı evin 2-ci mərtəbəsindən yıxılıb.

Təcili xəstəxanaya çatdırılan azyaşlının həyatını xilas etmək mümkün olmayıb.

Mərhumun atası Zöhrab Quluzadə buna görə rayon xəstəxanasının həkimi Cəmil İbadullayevi döyüb.

Faktla bağlı araşdırma aparılır. /lent.az/

AZİNFORM.AZ





up