DİGƏR XƏBƏRLƏR
Çində qeyri-adi hadisə baş verib.
AZİNFORM.AZ xəbər verir ki, gömrükdə sərhədi keçən qadının bədənində 5 ədəd ilan aşkarlanıb.
Hong Kong qəzeti "South China Morning Post"un yaydığı məlumata əsasən, qadın ilanları corabına doldurub daha sonra onları alt paltarına yerləşdirib.
İlanlar adı açıqlanmayan qadından alınaraq aidiyyatı qurumlara təhvil verilib.
Sözügedən canlıların ABŞ-nin şimal-şərq və mərkəzi bölgələrində yaşadığı bildirilib.