Çində 25 şagirdin yeməyinə zəhər qatan bağça müəllimi edam edilib.
AZİNFORM.AZ xəbər verir ki, bu barədə Çinin Henan əyalətinin Jiaozuo şəhər xalq məhkməsəi məlumat verib.
Belə ki, 2019-cu ildə bağça müəllimi Vanq Yun başqa bir həmkarı ilə yaşadığı fikir ayrılığı səbəbindən uşaqları zəhərləmək üçün natrrium nitrat alıb.
Ertəsi gün natrium nitratı uşaqların yeməklərinə əlavə edib.
Uşaqlardan biri bir sıra orqanların çatışmazlığı səbəbilə dünyasını dəyişib.
Təqsirləndirilən şəxs 2020-ci ildə apellyasiya məhkəməsinə müraciət etsə də, rədd edilib.
Onun dünən edam edildiyi bildirilib.
Qeyd edək ki, 39 yaşlı qadın 2017-ci ildə həyat yoldaşı ilə mübahisəsindən sonra onu da zəhərləməyə çalışıb. /bakupost.az/
Facebook
Вконтакте
Одноклассники
Google+