DİN-dən zəlzələ panikası ilə bağlı XƏBƏRDARLIQ
4-07-2023, 01:22

Daxili İşlər Nazirliyinə (DİN) dağıntı, təlafatla bağlı hər hansı məlumat daxil olmayıb. Bəzi sosial şəbəkə səhifələrində yayılan iddialar əsassızdır, həqiqəti əks etdirmir.

Bu barədə AZİNFORM.AZ-a DİN-in mətbuat xidmətindən bildirilib.

DİN tərəfindən ölkə polisinə xüsusi tapşırıqlar verilib, xidmətə əlavə qüvvə cəlb edilməklə, fasiləsiz xidmət təşkil edilib. Həyacan yaradan xüsusi hal müşahidə edilmir. Bütün informasiyalar diqqətlə izlənilir.





up