Son 20 ildə 24 minə yaxın cinayətkar qrup və dəstə zərərsizləşdirilib
2-07-2023, 23:28

Azərbaycanda son 20 ildə zərərsizləşdirilən cinayətkar qrup və dəstələrin sayı açıqlanıb.

Daxili işlər naziri Vilayət Eyvazov Daxili İşlər Nazirliyinin Polis Akademiyasında “Polis Günü”nə və 2022-2023-cü tədris ilinin buraxılışına həsr olunmuş təntənəli mərasimdə bildirib ki, son 20 ildə cinayətlərin qarşısının alınması, açılması, istintaqı, bütövlükdə vətəndaşların qanuni mənafelərinin qorunması sahəsində davamlı iş aparılıb. o cümlədən 24 minə yaxın cinayətkar qrup və dəstə zərərsizləşdirilib.







up