Sel sularında batan Elgünün doğmaları danışdı - VİDEO
1-07-2023, 10:12

Daşkəsəndə sel sularında batan Elgün Orucovun doğmaları danışıblar.

AZİNFORM.AZ xəbər verir ki, mərhumun atası Məhərrəm Orucov oğlunun nişanlı olduğunu və toyu olacağını bildirib:

“Payızda toyu olacaqdı. Ən əziz övladımı itirmişəm. Sel suları bir qoyunumuzu aparırdı, onu əlini atıb tutmaq istəyərkən özü selə düşüb”.

Mərhumun əmisi oğlu Nazim Orucov qeyd edib ki, sel Elgünü 3-4 kilometr aralıdakı körpüyədək aparıb.

Daha ətraflı Baku TV-nin süjetində:





up