DİGƏR XƏBƏRLƏR
Oğuzda hoteldə ölüm hadisəsi baş verib. Hoteldə həkim tərəfindən tibbi yardım göstərildikdən bir neçə saat sonra ölmüş Sübhan Quliyev Dövlət Turizm Agentliyinin (DTA) sədrinin müşaviri olub.
AZİNFORM.AZ xəbər verir ki, Azərbaycan Dövlət Turizm Agentliyinin sədrinin müşaviri Quliyev Sübhan Ağakişi oğlu Oğuzda dostunun qızının toyunda iştirak edib.
Daha sonra o, gecələmək üçün hotelə gedib. Bir qədər sonra o, özünü pis hiss etdiyindən Təcili Tibbi Yardıma müraciət edilib. Tibbi yardım göstərildikdən bir neçə saat sonra Sübhan Quliyev vəfat edib.
Qeyd edək ki, ilkin məlumata görə, S.Quliyev ürəktutmadan vəfat edib.