DİGƏR XƏBƏRLƏR
Narazı olan bir qrup insan yolu bağlayaraq şikayətlərini dilə gətirib.
AZİNFORM.AZ xəbər verir ki, sosial şəbəkələrdə səs-küy yaradan hadisə dünən günorta saatlarında, Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində qeydə alınıb. Görüntülərdən aydın olduğu kimi, qəsəbə sakinləri avtomobil yoluna çıxaraq nəqliyyat vasitələrinin hərəkətini məhdudlaşdırıb. Nəticədə yolu bağlayan insanlar sürücülərdə narazılıq yaradıb, hətta onlar avtomobillərindən düşərək sakinlərə nə üçün belə etdiklərini ünvanlayıblar. Onlar isə cavablarında qəsəbəyə dörd gün ərzində su verilmədiyini söyləyiblər. Bir müddət sonra əraziyə gələn DYP əməkdaşları mövzuyla bağlı insanların şikayətini dinləyib və yaranmış vəziyyətin aradan qaldırılacağını bildiriblər.