Şəkidə evdə partlayış oldu - Ana və iki körpənin vəziyyəti ağırdır
17-06-2023, 18:43

Şəkidə evdə partlayış olub, 3 nəfər ağır xəsarət alıb.

AZİNFORM.AZ-ın məlumatına görə, hadisə rayonunun Aşağı Göynük kəndində, yaşayış evlərindən birində baş verib.

Belə ki, partlayış zamanı evdə olan 2000-ci il təvəllüdlü Şəlalə Nəsib qızı Yusifova, 2021-ci il təvəllüdlü Məhəmməd Nicat oğlu Soltanlı və 2020-ci il təvəllüdlü Əli Nicat oğlu Soltanlı ağır xəsarət alaraq Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Yaralıların vəziyyətlərinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır. (report)





up