Çağırışa gedən təcili yardım avtomobili QƏZA TÖRƏTDİ
14-06-2023, 09:25

Bakının Nərimanov rayonunda təcili tibbi yardım avtomobili piyadanı vurub.

AZİNFORM.AZ-ın məlumatına görə, çağırışa gedən təcili tibbi yardım avtomobili hərəkətdə olarkən yolu keçən 2001-ci il təvəllüdlü İsa Elçin oğlu Mikayılovu vurub.

Yaralı avtomobildə olan briqadanın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona sağ ayağının əzilmiş və genişhəcmli cırılmış yaraları diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır. /report/





up