İzmirdə vertolyotla narkotik əməliyyatı: 45 şübhəli SAXLANILDI
14-06-2023, 01:57

İzmirdə narkotik ticarəti ilə bağlı 5 aylıq təqibdən sonra mərkəz və 5 rayonda eyni vaxtda əməliyyat keçirilib. Ünvanlara keçirilən reydlər zamanı çoxlu sayda narkotik vasitə, 50 kiloqrama yaxın sirr və skunk götürülüb, 45 şübhəli saxlanılıb.
AZİNFORM.AZ xəbər verir ki, qruplar 5 ay ərzində müəyyən edilmiş ünvanları və şübhəliləri təqib edib. İzmir Respublika Prokurorluğundan alınan təlimatdan sonra əməliyyat üçün tədbir görülüb. 150 komanda, 5 xüsusi əməliyyat qrupu, 1 helikopter və 8 narkotik iti olmaqla 500 şəxsi heyətin iştirakı ilə 5 rayonda eyni vaxtda əməliyyat keçirilib.

Qeyd edək ki, əvvəlcədən təyin olunmuş ünvanlara edilən basqınlarda 45 şübhəli tutularkən, 49 kilo 750 qram sirr və skunk maddəsi, 4 min 15 ədəd sintetik dərman, 500 ədəd ektazi olaraq bilinən narkotik həb, 3 ədəd həssas tərəzi, 1 ədəd sənədsiz tapança, 1 ədəd ov tüfəngi və 15 ədəd patron, müxtəlif növ istifadəyə hazır narkotik vasitələr götürülüb. Narkotiklər məhv edilmək üçün müsadirə edilərkən, sağlamlıqları yoxlanılan şübhəlilər nəzarətə alınıb. 




up