DİGƏR XƏBƏRLƏR
Müğənni və “Rosiçi” musiqi qrupunun keçmiş solisti Yelizaveta Kuturova beş yaşlı qızı ilə birlikdə 10-cu mərtəbədən yıxılıb.
AZİNFORM.AZ lent.az-a istinadla bildirir ki, hadisə Saranskda baş verib. Məlumata görə, əvvəlcə qız, sonra isə 34 yaşlı müğənni pəncərədən düşüb. Kuturova yerindəcə keçinib, uşaq isə reanimasiyaya yerləşdirilib.
Müğənni hadisə ərəfəsində sosial şəbəkədəki hesabını silib. Hazırda araşdırma aparılır.