Qayınatasının vəfat etdiyini deyib ağladı - VİDEO
11-06-2023, 23:32

Əməkdar artist Elnarə Abdullayeva qayınatasının vəfat etdiyini açıqlayıb.

AZİNFORM.AZ xəbər verir ki, xanəndə bu haqda "Günaydın, Azərbaycan" verilişində danışıb.

"Evimizin dirəyi, qayınatam rəhmətə gedib. Mən onlardan öz ata-anamın iyini alırdım. Bir gün onları görməyəndə darıxırdım. Valideynin yaşı yoxdur. Evin böyüyü gedəndə, elə bil dirəyi gedir" deyə, Elnarə bildirib.

Qeyd edək ki, Elnarə ötən il qayınatası ilə efirə çıxmış, onun 94 yaşı olduğunu demişdi.





up