Məhkəmə Ülviyyə Alovlu barəsində HÖKM ÇIXARDI
8-06-2023, 09:27

Binəqədi Rayon Məhkəməsində ictimai fəal Ülviyyə Muradova (Alovlu) ilə bağlı davam edən məhkəmə iclası başa çatıb.

AZİNFORM.AZ-ın əldə etdiyi məlumata görə, hakim Abbas Rzayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmə onun barəsində bəraətverici hökm çıxarıb.

Qeyd: Ülviyyə Muradova barəsində Xalq artisti Flora Kərimova xüsusi ittiham qaydasında məhkəməyə şikayət edib. Onun şikayəti əsaslı hesab olunaraq Muradovanın barəsində Cinayət Məcəlləsinin 147 (böhtan) və 148-ci (təhqir) maddələri ilə cinayət təqibi başlanılıb.

Tərəflər arasında qalmaqala səbəb Ülviyyə Alovlunun Flora Kərimova barəsində sosial şəbəkələrdə səsləndirdiyi fikirlər olub. /pravda.az/





up