İki avtomobil toqquşdu - Xəsarət alanlar var
29-05-2023, 21:40

Göyçay rayonunda yol-nəqliyyat hadisəsi olub.

AZİNFORM.AZ xəbər verir ki, hadisə Bakı-Şamaxı-Yevlax yolunun Göyçay şəhərindən keçən hissəsində baş verib.

Bu gün saat 15:30 radələrində “Toyota Prado” və VAZ-2106 markalı minik avtomobillərinin toqquşması nəticəsində rayon sakinləri, 1993-cü il təvəllüdlü Vasif Maarif oğlu Eminov və 2004-cü il təvəllüdlü Vüsal İlqar oğlu Mirzəliyev xəsarət alıb.

Yaralılar təcili tibbi yardım avtomobili ilə Göyçay rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Faktla bağlı araşdırma aparılır.





up