Kafedə xuliqanlıq edən şəxs SAXLANILDI
29-05-2023, 17:36

Balakəndə kafedə xuliqanlıq edən şəxs saxlanılıb.

AZİNFORM.AZ xəbər verir ki, mayın 28-də rayon sakini C.Kahayevin işlətdiyi kafeyə müştəri qismində gələn Balakən şəhər sakini, 1992-ci il təvəllüdlü M. Məmmədov mübahisə yaradıb. O, əvvəlcə bakal ilə obyektdəki televizoru sındırıb, daha sonra isə C.Kahayevin sifət nahiyəsinə yumruqla vuraraq xəsarət yetirib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov bildirib ki M.Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıb.

"Onun xuliqanlıq əməlini sərxoş vəziyyətdə törətdiyi müəyyən edilib. Müvafiq ekspertiza təyin olunub və faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır", - M.Məsimov vurğulayıb.

Müvafiq ekspertiza təyin olunub, faktla bağlı araşdırma aparılır.





up