Bakıda toy karvanında 10-a yaxın maşın toqquşdu - VİDEO
27-05-2023, 22:11

Bakıda zəncirvari qəza olub.

AZİNFORM.AZ lent.az-a istinadən xəbər verir ki, hadisə Balaxanı-Binəqədi şossesində qeydə alınıb. Toy karvanında gəlin maşını və onları müşayiət edən 10-a yaxın avtomobil bir-birinə çırpılıb.

Qəzaya düşən avtomobillər arasında gəlin maşınının da olduğu bildirilir.

Hadisə səbəbilə yolda tıxac yaranıb. Xəsarət alanların olması barədə məlumat yoxdur.





up