Sosial şəbəkələrdə Bərdə rayonunda polis əməkdaşları ilə sürücü arasında mübahisəni əks etdirən görüntülər yayılıb.
DİN-in mətbuat xidmətinin regional qrupundan bildirilib ki, Rayon Polis Şöbəsinin Dövlət Yol Polis əməkdaşlarının keçirdikləri tədbirlər zamanı yolun sağ hərəkət hissəsində dayanma-durma qadağandır nişanının tələbini pozan, üzərində əlavə avadanlıq quraşdırılmış "Qaz-24" markalı avtomobil müəyyən edilib və müvafiq qaydada protokol tərtib edib. Bu vaxt bir nəfər şəxs polis əməkdaşına yaxınlaşaraq əlindəki bort kompüteri alaraq qaçmağa cəhd göstərib. Polis əməkdaşları tərəfindən həmin şəxsdən bort kompüter geri alınıb.
Araşdırmalar zamanı müəyyən edilib ki, bort kompüteri polis əməkdaşının əlindən alaraq qaçan şəxs rayon məhkəməsində sürücü vəzifəsində çalışan Telman Həsənovdur.
Araşdırmalar davam etdirilir.
Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək.