Qobustanda dəhşətli qəza — 5 nəfər öldü
22-05-2023, 09:38

Bu gün səhər saatlarında Bakı-Şamaxı yolunun Qobustan rayonundan keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

AZİNFORM.AZ xəbər verir ki, “Kia” markalı minik avtomobili sürücünün idarəetməsindən çıxaraq dərəyə aşıb.

İlkin məlumata görə, avtomobildə olan 5 nəfər ölüb. Onlardan ikisi qadın, üçü isə kişidir.

Hadisə yerinə DYP və təcili yardım əməkdaşları cəlb olunub. Araşdırma aparılır. /qafqazinfo/





up