Sivasda tornado damları UÇURDU - ANBAAN VİDEO
20-05-2023, 23:59

 Sivasın Zara rayon mərkəzindəki Kızılırmak çayı yaxınlığında günorta saatlarında tornado başlayıb.

AZİNFORM.AZ bildirir ki, günorta saatlarında başlayan tornado yaxınlıqdakı binalardan birinin damını sındırıb. Həmin anlar mobil telefon kamerası ilə lentə alınıb.

Zara Bələdiyyəsindən verilən açıqlamada rayonda qısamüddətli tornado səbəbiylə bəzi elektrik dirəklərinin söküldüyü, 3 evin və 4 tövlənin dam örtüyünün zədələndiyi açıqlanıb.

Hadisə nəticəsində xəsarət alan olmayıb.





up