Begemot QAYIĞA HÜCUM ETDİ: 1 nəfər ölüb, 23 nəfər itkin düşüb
17-05-2023, 01:36

Malavidə Şire çayında begemotun qayığa hücumu nəticəsində bir uşaq ölüb, 23 nəfər itkin düşüb.

AZİNFORM.AZ-ın məlumatına görə, Şərqi Afrikanın Malavi ölkəsində, Mozambiklə sərhədə yaxın Şire çayının Nsanje bölgəsində begemot qayığa hücum edib. Hücumun dünən baş verdiyini ifadə edən yerli polis, batan qayıqda bir uşağın öldüyünü, 23 nəfərin isə itdiyini açıqlayıb. 

Rəsmilər 14 nəfərin ətrafdakıların köməyi ilə batan qayıqdan sağ çıxdığını, axtarış-xilasetmə işlərinin davam etdiyini və sağ qalanın tapılması ümidlərinin azaldığını bildirib.

Nsanje polisinin sözçüsü Agnes Zalakoma verdiyi açıqlamada, "Polis qəza barədə məlumat verildiyi gündən hadisə yerində itkin düşənləri axtarır" dedi.

Qayığın tarlada işləmək üçün çayı keçən kəndlilərlə dolu olduğu, begemotun qayığa nə üçün hücum etdiyi hələlik məlum deyil.

Dişi begemotların son dərəcə aqressiv olduğu bilinsə də, Afrikada ildə təxminən 500 insanın begemot hücumlarından öldüyü təxmin edilir.





up