Motosikletçi sərnişini qəzəbləndirdi: “Sürə bilmirsinizsə sürməyin bu..” - VİDEO
16-05-2023, 19:33

İki avtomobilin arasına sıxışan motosikletçi sərnişinin qəzəbindən yan ötmədi.

AZİNFORM.AZ xəbər verir ki, hadisə elə motosikletçinin özü tərəfindən lentə alınıb. 

Videoda əks olunan görüntülərdən məlum olduğu kimi motosiklet sürücüsü işini çətinləşdirərək dayanan avtomobillərin arasına girib. Bu zaman “Mercedes” markalı, 99-RV-102 dövlət nömrə nişanlı avtomobildəki sərnişin yaxınlaşan motosikletçiyə “Dəyirsən ora-bura heç olmasa üzr istə, sonra get” deyib.

Sürücü isə cavabında avtomobilə toxunmadığını, sadəcə şalvarının dəydiyini bildirib. Öz fikirlərindən dönməyən sərnişin və sürücü arasında mübahisə getdikcə böyüsə də avtomobilin hadisə yerindən uzaqlaşmasıyla sonlanıb. İstənilən halda motosiklet sürücüsünün bu davranışa yol verməsi qanuna ziddir.

Avtomobil kimi motosiklet də nəqliyyat vasitəsidir və qaydalar hər biri üçün keçərlidir. /avtosfer.az/





up