Qadın intim görüntüləri yayılmasın deyə görün nə etdi
16-05-2023, 17:36

Gəncədə şantaj edildiyini bildirən 61 yaşlı qadın polisə müraciət edib.

AZİNFORM.AZ qafqazinfo-ya istinadən xəbər verir ki, mayın 13-də ərizə ilə polisə müraciət edən Sünbül Qəmbərova (şərti) Vüsal adlı şəxsin onu hədələdiyini bildirib.

Şikayətçi qeyd edib ki, həmin şəxs onu mart ayının 7-dən etibarən şantaj edir. Kişinin ondan intim görüntülərini yayacağı hədə-qorxusu ilə 2350 manat pul aldığını bildirən qadın polisin məsələyə müdaxilə etməsini istəyib.

Müraciətlə bağlı polis tərəfindən araşdırmalara başlanılıb.





up