DİGƏR XƏBƏRLƏR
Bakı-Qazax magistralının Hacıqabul rayonunun Pirsaat kəndi ərazisindən keçən hissəsində baş verən yol-nəqliyyat hadisəsinin görüntüləri yayılıb.
AZİNFORM.AZ xəbər verir ki, anbaan video sosial şəbəkələrdə yayılıb.
İlkin ehtimala əsasən, hadisə sürücünün diqqətinin mobil telefona yönəlməsi səbəbindən baş verib.
Paytaxt sakini Vəfa Əliyeva idarə etdiyi “Hyundai” markalı avtomobillə hərəkətdə olarkən qarşıda gedən Qazax rayon sakini Əhliman Mustafayevin idarə etdiyi yük avtomobili ilə toqquşub.
Qəza nəticəsində onun qızı, 2007-ci il təvəllüdlü Əliyeva Ayla Osman qızı həyatını itirib.