İstanbulun İstiqlal küçəsində “Buradakı bütün qadınları 100 dollara ala bilərik” sözləri ilə video çəkərək “Tiktok”da paylaşan livanlı şəxsə qarşı cinayət işi açılıb.
AZİNFORM.AZ xəbər verir ki, qadınları təhqir edən Bob Harkal adlı şəxslə bağlı İstanbul Respublika Prokurorluğunda istintaq başladılıb. Yaydığı video və işlətdiyi fikirlərə görə ona “ictimaiyyəti nifrət və düşmənçiliyə sövq etmək” maddəsi ilə cinayət işi açılıb.
Prokurorluq qadınları təhqir edən livanlının həbsi ilə bağlı göstəriş verib. /tribunainfo.az/