Qəza şəraiti yaradıb hədə-qorxu gəldi: "Sən bilirsən mən kiməm?" - VİDEO
11-05-2023, 23:29

Bakıda qəza şəraiti yaradan sürücünün videosu sosial şəbəkədə yayılıb.

AZİNFORM.AZ xəbər verir ki, hadisə paytaxtın Təbriz küçəsində qeydə alınıb. Belə ki, 99-PX-894 qeydiyyat nişanlı “Ravon” markalı avtomobilin sürücüsü sağ zolağa manevr edən zaman motosiklet sürücüsünə yol verməyib. Bu azmış kimi təhlükə yaratdığı sürücüyə hədə-qorxu gəlməyə başlayıb: “Sən bilirsən kiminlə danışırsan? Başın ağrımaq istəyir”? – deyərək qorxu yaratmağa başlayıb.





up