Hərbi poliqonda güclü yanğın baş verdi - Xilasedicilər yanğını söndürə bilmir
11-05-2023, 22:53

Bu gün, mayın 11-də Estoniyada hərbi poliqonda güclü yanğın baş verib. Yanğının əhatə etdiyi ərazidə partlamamış hərbi sursat təhlükəsi olduğundan xilasedicilər onu hələ də söndürə bilmir.

AZİNFORM.AZ
bildirir ki, yerli jurnalistlərin məlumatına görə, yanğın artıq 20 hektar ərazini əhatə edib. Yanğının baş verdiyi ərazi xəndəklərdən ibarətdir ki, bu da yanğının yayılması riskini azaldır.
 

Hazırda yanğının əhatə etdiyi ərazidə partlamamış mərmilər olduğundan xilasedicilər söndürməyə başlaya bilmir.

Liunas Xilasetmə Mərkəzinin sözçüsü Marek Kiikin sözlərinə görə, hazırda yanğınsöndürənlər yanğının poliqon ərazisindən kənara yayılmamasına diqqət yetirirlər.
 

“Xilasedicilər ərazinin perimetrinə nəzarət edir və yanğın ondan kənara çıxarsa, onu lokallaşdıra biləcəklər”- deyə o bildirib.
 

Onun sözlərinə görə, yanğın artıq 20 hektar ərazini əhatə etsə də, yanğının başladığı ərazi səngərlərlə məhdudlaşır ki, bu da onun yayılma riskini azaldır.





up