Toydan qayıdanlar qəzaya düşdü: 1 ÖLÜ, 2 YARALI
7-05-2023, 10:13

Samuxda ölümlə nəticələn ağır yol qəzası baş verib.

AZİNFORM.AZ apa-ya istinadən məlumatına görə, hadisə rayonun mərkəzində qeydə alınıb.

Hərəkətdə olan VAZ markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı evin hasarına çırpılıb. Qəza zamanı 1 nəfər ölüb, 2 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Məlumata görə qəza düşənlər toydan qaydırmış. Faktla bağlı araşdırma aparılır.





up