Mingəçevirdən olan iş adamı Rəşad Şirinov intihara cəhd edib.
AZİNFORM.AZ xəbər verir ki, hadisə İçərişəhərdə - Əziz Əliyev küçəsi 15-in qarşısında baş verib.
"Yapsan” MMC-nin direktor müavini, 1982-ci il təvəllüdlü Rəşad Şirinov küçədə ülgüclə bilək nahiyəsini kəsib. Ətrafdakı şəxslərin köməkliyi ilə o, xəstəxanaya çatdırılıb.