"Sonra bildik ki, məşqçi bu işlərlə məşğul imiş" - Fəridin xalasından sensasion İDDİA - VİDEO
2-05-2023, 22:56

“Uşaq yıxılsa, bir tərəfi göyərərdi. Onun bütün bədəni gömgöy olub”.

AZİNFORM.AZ xəbər verir ki, bu sözləri Baku TV-yə aprelin 29-da məşq zamanı aldığı xəsarətlər nəticəsində həyatını itirən 7 yaşlı Fərid Bakarovun atası deyib.

O bildirib ki, oğluna məşq zamanı şiddət göstərən və ölümünə səbəb olan Mehman Xəlilov ən ağır cəza almalıdır:

“O adam həbsxanada çürüməlidir”.

Mərhum azyaşlının xalası isə Fəridin ölümündə təqsirləndirilən M.Xəlilovun narkotik istifadəçisi olduğunu iddia edib:

“Onun qanında narkotik tapıblar. Bunu hamı bilirmiş. Həmin məşqçi başqa uşaqlara da işgəncə verirmiş”.

Həmçinin qeyd edilib ki, anası hələ Fəridin döyüldüyü videonu görməyib.

Ətraflı videomaterialı təqdim edirik:





up