7 yaşlı Fəridin EVİNDƏN GÖRÜNTÜLƏR - VİDEO
2-05-2023, 16:25

"Həyat yoldaşım oğlumuzun ölüm xəbərini aldığı andan özündə deyil. Sarsıntıdan xəstə düşüb. Hazırda həkim nəzarətindədir".

AZİNFORM.AZ xəbər verir ki, bu sözləri 7 yaşlı Fəridin atası Eyvaz Bakarov News24.az-a açıqlamasında bildirib.

O, 8 yaşlı oğlu Ziyadın da hadisənin şahidi olduğunu bildirib: "Böyük oğlum da baş verənləri gözü ilə görüb. Sarsıntıdan onun da danışığında qüsur yaranıb. Ona görə də evdə Fəridin bütün əşyalarını yığışdırmışıq. Anası, oğlum görüb daha da pisləşməsin. Ondan bizə yalnız bircə oyuncağı, bir də bu çarpayısı yadigar qaldı".





up