Bərdə rayonunda (Bərdə - Yevlax avtomobil yolunun 5-ci kilometrliyi) yanacaqdoldurma məntəqəsinin ərazisində “КамАЗ” və "HOWO" markalı iki yük avtomobili toqquşub.
Bu haqda FHN məlumat yayıb.
Hadisə yerinə cəlb olunan FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri müxtəlif xəsarətlər alaraq sıxılı vəziyyətdə qalan sürücünü deformasiyaya uğrayan "HOWO" markalı yük avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
AZİNFORM.AZ