Elnarə Bəkirovanın atasını öldürənlər həbs olundu - FOTO
16-04-2023, 00:04

İş xanımı, modelyer Elnarə Bəkirovanın atası Kamran Bəkirovu öldürməkdə şüphəli bilinən şəxslərdən biri ilə bağlı məlumat var. 

Qeyd edək ki, aprelin 6-da paytaxtın Sabunçu rayonunda fərdi əmək fəaliyyəti ilə məşğul olan 1954-cü il təvəllüdlü Kamran Bəkirovun üzərində olan 300 min manatla itkin düşməsi barədə polisə məlumat daxil olub.

Polis tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxsin öldürülməsi və meyitinin gizlədilməsi məlum olub.

Davam etdirilən təxirəsalınmaz tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinənlər - əvvələr məhkum olunan 1953-cü il təvəllüdlü Mustafa Zeynalov, 1984-cü il təvəllüdlü Namiq Əliyev saxlanılıb.

Şüphəlinin şəklini təqdim edirik:






up