Bakıda 49 min dollar (83300 manat) pulu Heydər Əliyev Adına Hava Limanından çıxarmaq istəyən iş adamı, kazino rəhbəri saxlanılıb.
AZİNFORM.AZ-ın məlumatına görə, saxlanılan şəxs isə türk iş adamı, Batumidə yerləşən "Lion Slot Casino” otel və kazinolarının sahiblərindən biri olan Yavuz Kadirindir.
Yavuz Kadirin izahatında bildirib ki, Zəfər yolu və Şuşadakı tunelin çəkilişi ilə məşğul olan Fukan adlı tanışının ona borcu olduğu üçün Bakıya gəlib. Bakı şəhərində olarkən xərcləmək üçün özü ilə gətirdi 5 min dollar puldan 1000 dolları manata çevirib.
Fukanın Bakıdakı evində bir neçə gün qaldıqdan borcdan 45000 dolları alıb və İzmirə qayıtmaq üçün Hava Limanına gedib. Aeroporta gedərkən 39000 dolları çantasına yerləşdirib, 10000 dolları isə şalvarının ciblərinə qoyub.
Yavuz Kadirin göstərilən məbləği bəyan etmədiyi üçün gömrük əməkdaşları tərəfindən saxlanılıb. O, Azərbaycan qanunlarını bilmədiyini deyib və buna görə də özünü təqsirli bilməyib.
Məhkəmə onu Cinayət Məcəlləsinin 206.1-ci maddəsi ilə təqsirli bilib və onu cinayət predmetinin dəyərinin (39 000 dollar - 66300 manat) 60 faizi qədər - 39780 manat miqdarında cərimə edib.
Həmçinin qərar verilib ki, hökm qanuni qüvvəyə mindikdən, cərimə və ekspertiza xərcini ödədikdən sonra Yavuz Kadirin ölkə hüdudlarından kənara məcburi çıxarılsın. /qaynarinfo/
Facebook
Вконтакте
Одноклассники
Google+