Avtoxuliqanlıq edən sürücü həbs olundu - FOTO
15-04-2023, 11:15

Hacıqabul Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində yol hərəkəti qaydalarını kobud şəkildə pozan və avtoxuliqanlıq edən sürücü saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, rayon sakini Afiq Mirzəyev idarə etdiyi "BMW" markalı avtomobillə yollarda intizamsızlıq edərək avtoxuliqanlıq hərəkətləri edib və bununla da ictimai-asayişi nümayişkəranə şəkildə pozaraq vətəndaşların haqlı narazılığına səbəb olub.

Həmin şəxs RPŞ-nin DYPB-nin əməkdaşları tərəfindən saxlanılıb və barəsində İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə protokol tərtib olunaraq baxılması üçün aidiyyatı üzrə məhkəməyə göndərilib.Məhkəmənin qərarı ilə A.Mirzəyev 15 sutka inzibati qaydada həbs edilib və sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb. 






up