TIR yoldan çıxaraq yeddi nəqliyyat vasitəsinə ÇIRPILDI – ANBAAN VİDEO
9-04-2023, 17:55

Türkiyənin Amasya şəhərində idarəetmədən çıxan yük maşını yol kənarında dayanmış dörd avtomobilə, bir traktora və iki qoşqulu nəqliyyat vasitəsinə çırpılıb.

Dəhşətli qəza ərazidə olan müşahidə kameraları tərəfindən qeydə alınıb.

Hadisə nəticəsində TIR sürücüsü və onun yanında əyləşən şəxs xəsarət alıb.

Yaralılar yaxınlıqdakı xəstəxanaya yerləşdiriliblər.





up