Azərbaycanlı qadın müğənni QƏFİL VƏFAT ETDİ - FOTO
8-04-2023, 20:30

Gənc müğənni Jalə Əliqi vəfat edib.

AZİNFORM.AZ xəbər verir ki, bu barədə aparıcı Hacı Nuran sosial media hesabında yazıb.

 Bildirilib ki, ifaçı bu gün dünyasını dəyişib.

H.Nuran axşam.az-a açıqlamasında 28 yaşlı müğənninin qəflətən vəfat etdiyini bildirib:

"Bir müddət əvvəl səhhətində problem yaranmışdı. Türkiyəyə müalicəyə aparıblar. Qayıdıb gəlmişdi. Qəfildən dünyasını dəyişib".

Qeyd edək ki, Jalə 1994-cü ildə Naxçıvanda dünyaya gəlib.






up